"Kurtlar Vadisi" serialının Topqapı Sarayında çəkilişinə icazəsi verilməsi mədəniyyət və turizm naziri Ərtoğrul Günayı qəzəbləndirib.
SalamNews-un Türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə, nazir Ərtoğrul Günay bildirib ki, "Müqəddəs Əmanətlər Dairəsi"ndə serialın çəkilişi üçün kimin icazə verdiyi araşdırılacaq.
Ə.Günay deyib: ''Mənə bu məlumatı yeni çatdırıblar. Bu icazəni kim verib, araşdıracam".