İranda ABŞ və İsrail lehinə casusluq fəaliyyətində şübhəli bilinən 15 nəfər həbs olunub.
APA-nın məlumatına görə, bu barədə İranın baş prokuroru Abbas Cəfər Dövlətabadi bildirib. Həbs olunan şəxslərin adları, hansı ölkənin vətəndaşı olması və nə vaxt həbs edilməsi açıqlanmayıb.