“Barak Obama ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə məxsus “RQ-170” tipli pilotsuz casus təyyarəsini geri istəyərkən bəzi şeyləri unutmamalıdır”.
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst deyib. O bildirib ki, bu təyyarə kəşfiyyat aparmaq üçün İranın hava məkanını pozub: “Bu, bir ölkənin ərazisinə təcavüz, onun daxili işlərinə qarışmaqdır. Belə bir hərəkətə yol verən dövlət üzr istəmək əvəzinə, İrandan təyyarəni geri istəyir”.