Azərbaycanın Misirdəki səfirliyində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım mərasimi keçirilib.
Səfirliyin mətbuat xidmətindən SalamNews-a bildirilib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən səfir Şahin Abdullayev ulu öndər Heydər Əliyevin şanlı həyat yoluna nəzər salıb və müasir Azərbaycanın uğurlu inkişafının Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Heydər Əliyevin öz həyatını Azərbaycanın çiçəklənməsi və inkişafına həsr etdiyini söyləyən Ş.Abdullayev Heydər Əliyev dühasının və irsinin Azərbaycan xalqının yaddaşında əbədi olaraq xoş xatirələrlə qaldığını vurğulayıb.
Tədbirdə Misirdə yaşayan Azərbaycan icmasının üzvləri, Qahirə, Ayn-Şəms və Əl-Əzhar Universitetlərində təhsil alan azərbaycanlı tələbələr, səfirliyin əməkdaşları və onların ailə üzvləri iştirak ediblər.