İsrail hakimiyyəti beynəlxalq vasitəçilər "kvartet"inin tələbləri ilə razılaşmış Fələstin ilə danışıqları bərpa etmək niyyətindədir. Bu barədə İsrailin rəsmi nümayəndələri məlumat veriblər.
SalamNews-un "Reuters"ə istinadən verdiyi xəbərə görə, Yaxın Şərq vasitəçiləri dekabrın 13-14-də tərəflər arasında sülh dialoqunun bərpa olunması üçün lazımi atmosferi yaratmaq məqsədilə danışıqların 3-cü raundunu keçirməyi planlaşdırırlar.