Dekabrın 19-da Fransa parlamentinin iclasında “erməni soyqırımı”nı inkar edənlərə qarşı cəza nəzərdə tutan qanun layihəsi səsverməyə qoyulacaq.
SalamNews-un Türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə, Fransa Məclisinin Baş Assambleyası keçən həftə Qanunlar Komissiyasında qəbul edilən, iqtidardakı Xalq Hərəkatı Birliyinin (UMP) Marseldən deputat seçilən Valeri Boyer tərəfindən hazırlanan qanun layihəsini səsverməyə çıxaracaq.
Yeni qanuna görə, qondarma soyqırımın əhəmiyyətini azaldacaq şəxslər 45 min avro cərimələnəcəklər.
Xatırladaq ki, Fransa parlamenti 2001-ci il yanvarın 29-da "Fransa erməni soyqırımını tanıyır" ifadəsi ilə təsdiqləyib.