Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi nümayəndə heyəti Küveytdə səfərdədir.
Müdafiə Sənayesi Nazirliyindən SalamNews-a verilən məlumata görə, onlar “Körfəz Müdafiə və Aerospeys” adı altında keçirilən ilk beynəlxalq müdafiə sənayesi sərgisində iştirak eduirlər. Məqsəd “Körfəz Müdafiə və Aerospeys” sərgisində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal edilən müdafiə təyinatlı məmulatların nümayiş etdirilməsidir.
Üç gün davam edəcək sərgidə Müdafiə Sənayesi Nazirliyi 97 adda müdafiə təyinatlı məmulat göstəriləcək.