Sonuncu Əməvi xəlifəsi Mərvani-Himar Abbasilərlə mübarizədə dalbadal məğlubiyyətə uğrayırdı.

Axırda öz vəziri Əbdülhəmidi yanına çağırıb dedi: «Sən gərək gedib, Abbasilərə qoşulasan. Özünü elə göstərərsən ki, guya mənimlə aran dəyib və məndən üz çevirmisən. Elə ki, Abbasilərin yanında etimad qazandın, onların sirrlərini mənə xəbər verərsən».
Lakin vəzir hökmdara etiraz edib söylədi: «Mən indiyə kimi çörəyini yediyim adama xəyanət etməmişəm. Əgər Abbasilərə qoşulsam, onların çörəyindən yeməli olacağam. Bundan sonra isə onlara xəyanət edə bilməyəcəyəm».