"Suriyanın ərəb qonşuları qanlı toqquşmaların davam etməsinə imkan verməyəcəklər".
SalamNews-un verdiyi xəbərə görə, bu bəyanatla Səudiyyə Ərəbistanı şahzadəsi Turki əl-Feysəl Vyanada keçirilmiş mətbuat konfransı zamanı çıxış edib. Onun sözlərinə görə, ərəb ölkələri Suriya xalqının qırılmasına kənardan durub baxmayacaqlar.
"Suriya prezidenti qəsdən aydın faktlara göz yumur. Suriyaya qarşı sanksiyalar artıq tətbiq olunub. Lakin hesaab edirəm ki, gələcəkdə daha sərt tədbirlər həyata keçirilməlidir", - şahzadə bildirib.
Bununla belə, Turki əl-Feysəl Suriya prezidenti Bəşər Əsədə qarşı məhz hansı tədbirlərin görüləcəyini açıqlamayıb.
Bəşər Əsəd isə hökümət əleyhinə nümayiş iştirakçılarının öldürülməsinə görə məsuliyyət daşımadığını israrla iddia edir.