Birləşmiş Ərəb Əmirlikləri klinikalarından birində müalicə alan Pakistan Prezidenti Asif Zərdari vətənə qayıtmaq niyyətində deyil. Səbəb isə burada onu dövlətə xəyanət maddəsilə ittiham olunma və məhkəmə prosesinin gözləməsidir. Bu barədə yerli mətbuat məlumat yayıb.
SalamNews-un İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, daha öncə onun orta dərəcəli insult keçirdiyi bildirilirdi. Həkimlər Asif Zərdarinin səhhətinin sabit olduğunu və həyatı üçün təhlükə yaratmadığını söyləyiblər.
Bildirək ki, Asif Zərdari ölkəni çətin anda tərk edib. Belə ki, onu ordu komandanlığını özünə sadiq amerikameyilli şəxslərlə əvəz etmək məqsədilə ABŞ administrasiyası ilə razılıq əldə etməyə çalışmaqda günahlandırırlar.
Pakistanın Ali hakimi İftixar Çoudrinin sözlərinə görə, sözügedən məsələdə adı hallanan şəxslərin günahı təsdiqlənsə, onları vətənə xəyanət maddəsi üzrə ittiham gözləyir.