İsveçrənin İrandakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
APA-nın məlumatına görə, ABŞ-ın maraqlarını bu ölkədə təmsil edən İsveçrə səfirinə kəskin etiraz bildirilib. İran Xarici İşlər Nazirliyi isveçrəli diplomata ABŞ-a ünvanlanmış etiraz notası da təqdim edib. Notada casusluq məqsədilə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə məxsus “RQ-170” tipli pilotsuz təyyarənin qeyri-qanuni şəkildə İran hava məkanına daxil olmasına etiraz bildirilib və bu məsələ ilə bağlı ABŞ-ın təcili açıqlama verməsi tələb olunub.
Qeyd edək ki, İranla ABŞ-ın diplomatik münasibətləri 1979-cu ildə kəsilib və hazırda bu ölkənin İrandakı mənafeyini İsveçrə səfirliyi təmsil edir.