Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan 2014-cü ildə keçiriləcək prezident seçkilərində namizəd ola bilər.
SalamNews-un məlumatına görə, bu barədə baş nazirin müavini Hüseyn Çelik deyib.
Baş nazirin ömürlük bu vəzifədə oturmayacağını dilə gətirən Hüseyn Çelik onun gələcəkdə prezident ola biləcəyini deyib: "Seçkiyə 3 il var. Namizəd olsa, partiya bunu daxilində həll edər. Biz böyük bir ailəyik. Üzvlərimizin sayı bəzi partiyaların yığdığı səsdən daha çoxdur. Partiyamız əvvəlkindən daha güclüdür. Bizdə lider lokomotiv deyil. Lokomotiv hərəkət edər, vaqonları isə cansızdır. Lokomotiv totalitar rejimlərdə olur. Demokratik quruluşda isə lider drijor kimidir".