Bu gün Bakıdakı “Təzəpir” məscidində Aşura günü ilə bağlı qanvermə aksiyası başlayıb.
APA-nın xəbərinə görə, Aşura günü ilə əlaqədar məscidi ziyarətə gələn insanlar qanvermə aksiyasında da iştirak edirlər.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə də qan verəcək. “Təzəpir” məscidinin ətrafındakı yollar avtomobillər üçün bağlanıb, ətrafda polis postları qurulub.
Qeyd edək ki, qanvermə aksiyaları digər məscidlərdə də keçirilir.