Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Aşura günü ilə bağlı “Təzəpir” məscidində keçirilən qanvermə aksiyasında iştirak edib.
.
APA-nın xəbərinə görə, Allahşükür Paşazadə ilə yanaşı onun müavinləri – Hacı Sabir Həsənli, Hacı Salman Musayev, QMİ əməkdaşları da qan verib.
Şeyxülislam Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında bütün əzadarlara başsağlığı verib. O, İmam Hüseyn (ə.s.) sevənlərə tövsiyə edib ki, öz qanları ilə qana ehtiyacı olanlara həyat versinlər.
Hazırda qanvermə aksiyası davam edir.