Əfqanıstanın paytaxtı Kabildə Aşura mərasimi zamanı partlayış baş verib.
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, məsciddə keçirilən Aşura mərasimində iştirak edən şiələrə qarşı törədilən terror aktı zamanı 20 nəfər ölüb. Ölənlərin sayının artacağı istisna olunmur.
Ölkənin şimalındakı Məzari-Şərifdə isə bir məscid yaxınlığında velosipedə yerləşdirilən bombanın partlaması nəticəsində də 4 nəfər həlak olub.