Qərb dövlətləri İran neftinin idxalına embarqo qoysalar, neftin bir barelinin qiyməti 250 dollara qalxacaq.
«APA-ECONOMICS»in «Reuters»ə istinadən məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst bildirib.
«Bu məsələ ciddi müzakirə olunan kimi neftin qiyməti 250 dollara qalxacaq» - deyə R.Mehmanpərəst qeyd edib.
Xatırladaq ki, ötən həftə Avropa İttifaqı Tehrana qarşı əlavə sanksiyalar qəbul etsə də, İran neftinin idxalına qadağa qoyulmasını razılaşdıra bilməyib.