Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Əfqanıstanla bağlı Almaniyanın Bonn şəhərində keçirilən beynəlxalq toplantıda çıxış edib.
APA-nın Türkiyənin “Cihan” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, E. Məmmədyarov Əfqanıstanda sülh, sabitlik və iqtisadi inkişafın təmin edilməsinin çox önəmli olduğunu, Azərbaycanın bu məqsədlə Əfqanıstana sərmayə qoymaq imkanlarını nəzərdən keçirməyə hazır olduğunu deyib: “Azərbaycan ilk gündən Əfqanıstan məsələsində beynəlxalq ictimaiyyətin əməkdaşlıq səylərinə hər cür dəstək verir. Bu dəstək Əfqanıstandakı NATO qüvvələrinə dəstəklə məhdudlaşmır. Əfqanıstana gedən qeyri-hərbi yüklərin 35 faizi Azərbaycan vasitəsilə göndərilir”.
E. Məmmədyarov minatəmizləmə sahəsində əfqan mütəxəssislərə Bakıda təlim verildiyini söyləyərək Azərbaycanın diplomatik və polis akademiyalarında da əfqanlara təhsil imkanı yarada biləcəklərini vurğulayıb.