Ərəb Dövlətləri Liqasının (ƏDL) Xüsusi Komitəsi Qətərin paytaxtı Dohada keçirilən iclasında Suriyaya qarşı sanksiyaların tətbiq edilməsi haqda qərar qəbul edib.
SalamNews-un İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, ƏDL Suriyanın aktivlərini donduracaq, Suriya rəhbərliyindən olan 19 nəfərə Liqaya üzv olan ölkələrin ərazisinə daxil olmağa qadağa qoyacaq, həmçinin Suriya ilə aviaəlaqələri 50% ixtisar edəcək.
Qətərin xarici işlər naziri şeyx Həməd bin Casem Əl Tani bəyan edib ki, Suriya yaxın saatlarda nümayişçilərin çıxışlarını güclə dağıtmaqdan imtina edəcəyi təqdirdə ƏDL-in sülh təşəbbüsünə qoşula bilər.