Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov İranın Dövlət televiziyasının rəhbəri İzzətullah Zərğami ilə görüşüb.
SalamNews xəbər verir ki, bu barədə İran televiziyasının xəbər saytı məlumat yayıb.
İkitərəfli görüşdə Azərbaycan və İran arasında mətbuat sahəsində əməkdaşlıq prespektivliyi, mətbuat sahəsində əməkdaşlığın gücləndirilməsi, xəbər mübadiləsi, hər iki ölkənin KİV-lərinin digər ölkədə fəaliyyəti üçün şəraitin yaradılması, film və serialların istehsalı və həmçinin sərhəd boyu televiziya və radioların tezliklərinin digər ölkənin ərazisinə keçməsinin qarşısının alınması kimi məsələlər müzakirə edilib.
Qeyd edək ki, Əli Həsənovun başçılıq etdiyi nümayəndə heyətinin İrana səfəri dekabrın 2-də başlayıb və sabah başa çatacaq.