Son günlər bəzi kütləvi informasiya vasitələrində Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin İran İslam Respublikasına səfər edəcəyi barədə məlumatlar yayılıb.
APA-nın “AzərTAc” dövlət agentliyinə istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikasının İrandakı hərbi attaşesi Mehman Süleymanov bu informasiyaların İran kütləvi informasiya vasitələrində çap olunmuş məlumat əsasında yayıldığını bildirib: “Lakin məlumatın doğruluğu Azərbaycanın və İranın müvafiq rəsmi orqanları tərəfindən təsdiqlənməyib. Əgər gələcəkdə belə bir səfər planlaşdırılarsa, rəsmi qaydada ictimaiyyətə məlumat veriləcək”, - deyə hərbi attaşe vurğulayıb.