Misirin paytaxtı Qahirənin Təhrir meydanında dəmir və taxta parçaları ilə silahlanmış iki qrup gənclər arasında baş vermiş kütləvi davada bir necə nəfər yaralanıb.
APA-nın haberler.com saytına istinadən verdiyi xəbərə görə, polis müdaxilə edərək insidentin bəzi iştirakçılarını qətlə yetirilməkdən qurtarıb.
İnsidentin səbəbləri məlum deyil.