Livanınn ''Hizbullah'' hərəkatı dekabrın 2-də baş vermiş partlayış yerində kəşfiyyat üzrə təchizat aşkarlayıb.
SalamNews-un ''lenta.ru''ya istinadən verdiyi xəbərə görə, hərəkat nümayəndələri hücumun əsas məqsədinin ''Hizbullah''ın hərbi bazası deyil, məhz həmin təzhizatın olduğunu bəyan ediblər.
Məlumatda bildirilir ki, İsrail tərəfi ləvazimatın hərəkat üzvləri tərəfindən aşkarlanmasına görə bu addımı atmağa məcbur olub. Partlayış yerinin yaxınlığında İsrail PUA-larının göründüyü bildirilib.