POPULYARXƏBƏRLƏR

Maksim Şevçenko: Qarabağı Cənubi Qafqazda müharibə ocağı kimi saxlamaq ABŞ-ın marağındadır

Çoxları Yaxın Şərqdə baş verən hadisələri şərh edərkən bildirir ki, əgər bir xalq rəhbərinə qarşı ayağa qalxırsa, heç bir qüvvə vəziyyətə nəzarət etmək iqtidarında olmur. Müəmmar Qəddafi devrildikdən sonra ABŞ Prezidenti Barak Obama çıxışlarının birində deyib: "Polkovnik Qəddafinin aqibətinin necə olduğunu gördünüzmü? İnsanlar ona əzab-əziyyət verirdilər. Bu, Liviya xalqının azadlıq əzminin göstəricisi idi"

Görəsən həqiqətən də, Yaxın Şərq müsəlmanlarının azadlığa gedən yolu həmvətənlərini və din qardaşlarını öldürməkdən keçir? Yaxın Şərqdə baş verən hadisələr nədən qaynaqlanır, daha kimləri polkovnik Qəddafinin və Liviya xalqının aqibəti gözləyir?

Rusiyalı jurnalist, entik mədəniyyət və din siyasəti üzrə ekspert Maksim Şevçenko SalamNews-a açıqlamasında ABŞ-ın Yaxın Şərq və Kiçik Asiyadakı geosiyasi maraqları haqqında fikrilərini bölüşüb.

İrana qarşı müharibə Qərbin ərazisində müharibə deməkdir

Mən İrana heç bir hərbi zərbələr görmürəm. Hesab edirəm ki, bu, İranın ali rəhbərliyinin kobud təhdididr. Məqsəd isə Xobraqan Məclisini, Ali rəhbərini, (ayətullah Əli Xamenei - SalamNews) Əhmədinejadı və onun komandasını Rəfsəncani və Hatəminin komandasına dəyişdirməyə məcbur etməkdir.

İrana qarşı müharibə elə bir başağrısıdır ki, Qərb bununla qətiyyən əlləşmək istəmir. Bu Səddama qarşı müharibə deyil. İraqda Səddama nəhəng daxili müqavimət mövcud idi, güclü daxili müxalifət var idi. Əminəm ki, İrana zərbələr endirilsə, əlbəttə, 1980-ci illərdə baş verənlər təkrarlanacaq: o zaman milyonlarla gənc imam Hüseyn (ə) yolunda şəhidlik arzu edirdilər. Amma bu dəfə bütün bunlar Dəclə (Tiqr) sahillərində deyil, Qərbin ərazisində baş verəcək. Bu isə Qərbə qətiyyən lazım deyil. Şantajdan istifadə edərək Rəhbəri və ya onun xələfini (Rəhbər artıq gənc deyil) Əhmədinejadı dəstəkləyən qrupun hakimiyyətdən kənarlaşdırılması haqda qərarı verməyə məcbur etmək – bu mühüm qərardır. Bundan ötrü Suriyaya təzyiq İrana qarşı istifadə olunur. Əvvəlcə Suriyanın dağıdılması və "Hizbullah"a birbaşa təhdid. Nəzərə alın ki, İrana qarşı müharibə təhlükəsi olsaydı, "Hizbullah"a qarşı hərbi əməliyyatlar çoxdan başlayardı. Lakin "Hizbullah"a hücum haqda eşitmirik. Çünki "Hizbullah"a əl uzatmaq İrana müharibə elan etmək deməkdir. Buna görə də hazırda Suriyada vəziyyətin gərginləşdirilməsi, Suriya dövlətinin məhvi həyata keçirilir. Suriyada vətəndaş müharibəsini alovlandırmaq üçün milyardlarla dollar xərclənir. Suriya Ərəb Respublikası ətrafında yalan və böhtanlar davam edir, informasiya müharibəsi aparılır. Suriya regionda İranın ən yaxın müttəfiqidir. Təbii ki, amerikalılar hazırda İrana qarşı müharibə başlamaq üçün yaratmağa çalışdıqları anti-İran koalisiyasında birləşən səudiyyəli və türkiyəli tərəfdaşları vasitəsi ilə Ərəbistan yarımadasında, Əl-Cəzirədə və Kiçik Asiyada vahid birləşmiş cəbhə qurmağa çalışırlar. Amma hələlik onlar buna nail ola bilmirlər. İrana qarşı heç bir müharibə mümkün deyil. Bu, sadəcə şantajdır, İran da buna getmədi. Bu yaxınlarda Moskvada Ayətullah Həmədani ilə görüşdüm. Onun mövqeyi aydındır, o, imam Xomeyninin mövqeyindədir. O, İranın görkəmli ilahiyyatçılarındandır, Əhmədinejada və barışmaz inqilab partiyasına xeyir-dua verənlərdəndir.

O bəyan edib ki, Amerika şeytandır, şeytanla heç bir sövdələşmə ola bilməz, İranın digər məsələlər üzrə mövqeyini də təsdiqlədi. Mən ondan qəsdən soruşdum ki, Mehmanpərəstin "biz Liviya xalqının qələbəsinə və Qəddafinin devrilməsinə şadıq" bəyanatını necə anlamalıyıq? O bildirdi ki, bütün bunlar elə də aydın deyil və heç bir bəyanat olmayıb. Bununla da, faktiki olaraq, Mehmanpərəstin mövqeyi ilə razı olmadığını bildirdi. Bu sübut edir ki, sözügedən məsələ ilə bağlı İranın daxilində müxtəlif fikirlər mövcuddur.

Bəhreyndə, Yəməndə və Səudiyyə Ərəbistanında şiələrin qətliamı

Bəhreyndə qan su yerinə axır, şiələri amansızcasına qətlə yetirirlər. Təbii ki, Qərb bu məsələdə susur. Amma orda vəziyyət çox qorxuludur. Ordan əldə etdiyim xəbərlərə görə, Bəhreyndə əsl qətliam törədilir. Eyni aqibətlə Səudiyyə Ərəbistanının cənubunda polis rejimi şəraitində yaşayan şiələr üzləşirlər. Tam polis rejimlərində şiələr Yaxın Şərqin neftlə ən zəngin bölgələrində məskunlaşıblar – Yəməndə, Omanda.

Suriya böhranında Türkiyənin maraqları

Prezident seçkiləri ərəfəsində ABŞ-ın diqqəti Suriyaya yönəldəcəyi ehtimalı var, özü də amerikalılar "ilanı Seyid Əhməd əli ilə tutmağa" çalışacaqlar. Təbii ki, amerikalılar özləri döyüşməyəcəklər, Suriya üzərinə Türkiyəni "qısqırdacaqlar". Türkiyə yaxında olduğu halda NATO qruplaşmalarını regiona cəlb etməyə nə ehtiyac var? Həm də Türkiyə Suriyanı işğal etməyə can atır, orda Ankarada asılı olan marionet rejim yaratmağa çalışır. Bundan başqa, Türkiyə regionun ən güclü ordusuna malikdir. Nüvə silahı istisna olmaqla, Türkiyə ordusu döyüş qabiliyyətinə görə İsrail ordusundan geri qalmır. Hazırda Obamanın seçkiqabağı əsas məqsədi Yaxın Şərq problemini həll etməkdir: orda tamamilə Amerikanın iradəsindən asılı olan zəif rejimlər yerləşdirmək. Amerikalılar Kiçik Asiyanı və Qafqazın bir hissəsini Türkiyənin nəzarətinə vermək istəyirlər.

Rusiyanın Avrasiya İttifaqı Amerikanın Yaxın Şərqinə qarşı

Məsələ burasındadır ki, Rusiya rəhbərliyi Avrasiya İttifaqı qlobal ideyası ilə çıxış etdi və bu Medvedev tərəfindən dəstəklənib. Bildiyimiz kimi, Medvedev Avrasiya İttifaqı haqda 2012-ci ilin yanvarından qüvvəyə minən saziş imzalayıb. Bu, irəli atılmış böyük addımdır. Bu, Rusiyanın strateji inkişafını və Risiyada siyasi maraqlarının gələcək onilliklərə müəyyənləşdirir. Belə bir ehtiyatla seçkilərə getməyin heç bir qorxusu yoxdu. Çünki uzun illərdən sonra ilk dəfədir ki, Rusiyada seçkiqabağı mövzular ölkənin daxili deyil, xarici siyasətidir. Avrasiya İttifaqının yaradılması qaçılmaz olaraq müqavimət doğuran amildir, xüsusən də amerikalılar və onların postsovet məkanında olan nökərləri tərəfindən. Eyni zamanda bu, böyük cəzbedici potensial doğuracaq.

Taciklərlə yaranmış vəziyyəti mən Avrasiya İttifaqının yaranması ideyasına maneə törətməkdə maraqlı olan qüvvələrin cəhdi kimi dəyərləndirirəm. Bir çox insanlar üçün bu önəmli və birləşdirici ideyadır. Buna görə də Rusiya siyasi mübarizəyə açıq gözlə, ideyalarla və məqsədlərlə çıxır.

Amerikalıların Yaxın Şərq, Kiçik Asiya və Cənubi Qafqaz uğrunda mübarizəsi

Amerikalılar Yaxın Şərq və Kiçik Asiyanın xammal ehtiyatları uğrunda total mübarizə aparırlar. Onlar üçün Əfqanıstanda qurdalanmaq yox, məhz bu məsələ strateji cəhətdən əhəmiyyətlidir. Mən Əfqanıstanda dəfələrlə olmuşam və bu ölkəni gözəl tanıyıram. Hətta İraq anlamında belə, onlar orda heç bir qələbə qazana bilməyəcəklər. Əfqan cəmiyyəti baş verənlərə tam fərqli reaksiya verir.

Amerikalıların ikinci vəzifəsi Qarabağ münaqişəsini torpaqları Azərbaycana qaytarmamaqla və onların Ermənistana mənsub olduğunu tanımayaraq, asılı vəziyyətdə saxlamaqdır. Qarabağ bütün Cənubi Qafqazı mümkün müharibə ocağı kimi gərginlikdə saxlayır.

Amerikalıların vəzifəsi Gürcüstanda Saakaşvili kimi lideri saxlamaqdır. O, mühacirət edən və ABŞ-ın dotasiyaları hesabına yaşayan gürcü elitasının fəal hissəsini özünə qarşı qaldırıb.

Epiloq

Misirdə sabitliyin pozulması, vətəndaş müharibəsi ilə müşayiət edilən Liviyanın dəhşətli işğalı, Suriyada vətəndaş müharibəsinin alovlandırılması, Ərəbistan yarımadası və Fars körfəzi rejimlərinin devrilməsinin qarşısının alınması, İranın blokadası və İranda siyasi rejimin dəyişdirilməsi - bunlar Birləşmiş Ştatların həll edəcəkləri məsələlərdir. Düşünürəm ki, seçkilərə qədər Obamaya real dəstək tələb olunacaq. Məncə, o, "Əsədin başını" (Suriya prezidenti Bəşər Əsəd - SalamNews) ABŞ-da keçiriləcək prezident seçkilərinə qədər əldə etmək istəyir. Obamanın Qəddafinin ölümü haqda dediklərini eşitdik. Bu, rüsvayçı və biabırçı ifadələrdir. Bu sözləri nəinki ölkə prezidenti və Nobel mükafatı laureatı, hətta adi insanın da söyləməyə haqqı yoxdur. "Polkovnik Qəddafinin başına gətirilənləri gördünüz? Onu necə incidirdilər, əzab verirdilər. Bu, Liviya xalqının azadlıq iradəsinin təzahürüdür". Bu iyrənc sözlər etika, mənəviyyat çərçivəsinə sığmır. Bunlar dünyanın və xüsusən Amerika imperializminin vəhşi mahiyyətini nümayiş etdirir.



Yerləşdirilib:3 Dekabr, 2011  22:12, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com