ABŞ Dövlət Departamentin nümayəndəsi Mark Toner Fələstini və İsraili danışıqlar masası arxasına əyləşməyə çağırıb.
SalamNews-un "Reuters"ə istinadən verdiyi məlumata görə, fələstinlilər bəyan ediblər ki, İsraillə sülh danışıqlarına yenidən qayıtmaq üçün onlar Şərqi Qüds və İordan çayın Qərb sahilindəki tikintini dayandırmalıdır.
Xatırladaq ki, “Yaxın Şərq kvarteti” (ABŞ, Rusiya, Aİ və BMT) nümayəndələri dekabrın 13-14-də Fələstin və İsrail tərəfləri ilə Qüdsdə üçüncü danışıqlar raundu keçirəcək.