Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov dekabrın 5-də Almaniyanın Bonn şəhərində keçiriləcək Əfqanıstan üzrə Beynəlxalq Konfransda iştirak edəcək.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E. Məmmədyarovun konfrans zamanı keçiriləcək müzakirələrdə iştirakı və ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.