Bir sərvətli öz həyətini böyütmək üçün qonşuluqdakı qoca qarının sahəsini almaq istəyir, qarı isə evini satmaqdan imtina edirdi.

Sərvətli şəxs axırda qarını yola gətirmək üçün söz verdi ki, ona evinin əsil qiymətindən on dəfə artıq pul verəcək. Lakin qarı yenə etiaz etdi. Mübahisəni qazinin hüzurunda həll etmək qərarına gəldilər. Hadisəni eşidənlər qarını məzəmmət edib dedilər: «Deyəsən, ağlını itirmisən ki, evinin qiymətindən on qat çox pul verirlər, sən isə almırsan». Qarı istehza ilə cavab verdi: «Mən niyə ağlımı itirmişəm? Ağılsız həmin sərvətli qonşumdur ki, mənim evimə layiq olduğu qiymətin on mislini verib, öz pulunu israf edir».
Bir gün məşhur filosof İbn Sina öz müasiri olan sufi Əbu Səid Əbül-Xeyrin söhbət məclisində iştirak edir. Camaat dağılışdıqdan sonra filosofla sufi təklikdə uzun müddət söhbətləşirlər. Sonralar bu söhbətin nəticəsini onların hər ikisindən soruşurlar. İbn Sinadan xəbər alırlar ki, Əbu Səid haqqında hansı fikirdədir. Filosof cavab verir: «Mən hər nəyi bilirəmsə, Əbu Səid onu görür». Əbu Səiddən də İbn Sina barəsində soruşduqda belə deyir: «Mən hər nəyi görürəmsə, İbn Sina onu bilir»