POPULYARXƏBƏRLƏR

Elçin Əsgərov: “Aşurada zəncir döymə və baş yarma halları düzgün deyil”

Gün.Az-ın İslam Konfransı Gənclər Forumunun Avrasiya Beynəlxalq Şurasının sədri Elçin Əskərovla müsahibəsi:

Məhhərrəm ayı, xüsusilə də “Aşura günü” necə qeyd olunmalıdır?

- Tarixən Məhərrəm ayı müsəlmanların həyatında matəm ayı kimi yadda qalıb. İmam Hüseynin öz tərəfdarlarından ibarət kiçik bir qrupla Kərbəla düzündə şəhid olması hadisəsi Azərbaycanda da əsrlər boyu qeyd olunur. Dünyanın qabaqcıl İslam alimləri də həmişə qeyd ediblər ki, “Aşura günü”nə yanaşmada diqqət məsələnin mahiyyətinə yönəlməlidir. Bilirik ki, İmam Hüseyn zülmə, ədalətsizliyə qarşı üsyan qaldırıb. Zalım hökmdar kimi tanınmış Yezidin hakimiyyətini tanımadı, qeyri-bərabər döyüşdə belə təslim olmadı.

Alimlər hesab edirlər ki, ilk növbədə bu hadisənin tarixi yaşadılmalıdır. Düzdür, bu tarixi yaşatmaq üçün mərasimlər keçirilir, mərsiyyələr oxunur, lakin hələ də, bir çox hallarda insanlar məsələnin mahiyyətini unudurlar. “Aşura”nın yaşadılması bir gün qeyd edib qalan günlər İmam Hüseyn yoluna uyğun gəlməyən həyat yaşamaqla olmur. Bu şəhadət məsələsini tarixdə yaşatmaq, hadisənin tarixini öyrənib İmam Hüseyni anlamaq lazımdır.

Mənim fikrim budur və alimlər də bildirirlər ki, İslam ilk növbədə insanın əxlaqını düzəltməyə gəlib. Əxlaq da ərəb dilində “xülq” sözündən yaranıb, insanın mənəvi keyfiyyətlərini ehtiva edir. Səxavət, doğruluq, rəhmdillik, qəhrəmanlıq hamısı ruhun keyfiyyətləridir. Qurani-Kərimdə də Allah peyğəmbərimizə deyir ki, onu insanların ruhunu, əxlaqını kamilləşdirmək üçün göndərib.

- “Aşura” mərasimlərində zəncir döymə, qola qara parça bağlamaq, baş yarma və digər özünə işgəncə halları İslamda necə qəbul edilir?

- Ümumiyyətlə, zəncir döymə və baş yarma halları düzgün deyil və İslamda xoş qarşılanmır. Həmçinin qola qara parça bağlamaq halları da dinə yad olan ünsürlərdir.

İnsanın özünə işgəncə verməsi Allah tərəfindən rədd olunur. Unutmayaq ki, bu din insanlara məhz insanların özləri üçün göndərilib. İslam əxlaqı da tələb edir ki, əza və işgəncədən əvvəl məsələnin mahiyyətini düşünüb hadisədən ibrət alasan.

Xeyir-şər mərasimlərinə gəldikdə isə, bu ay matəm ayıdır, tarixən belə olub və belə də davam etməsini məqbul hesab edirəm.

- Bəzən İslam şəhidləri ilə Vətən şəhidləri müqayisə olunur, qarşı-qarşıya qoyulur. Buna münasibətiniz necədir, bu müqayisələr nə dərəcədə düzgündür?

- Şəhid şəhiddir. Tarix boyu belə sayılıb, alimlər də belə deyiblər. İslama görə, Allah yolunda gedən döyüşlərdə həlak olan müsəlmanlara şəhid deyilir.

Və Vətən uğrunda döyüşmək, onu qorumaq da İslamda əsas şərtlərdən biridir. Əgər desək ki, Vətən uğrunda döyüşənlərə şəhadət düşmür, o zaman gərək hamımız qaçaq döyüşdən. Bəs o zaman necə olar?

Din şəhidləri ilə Vətən şəhidlərini müqayisə etmək düzgün deyil, çünki tarix boyu istər dini, istərsə də milli amildən haqsızlığa məruz qalarkən mübarizə aparılıb və bu mübarizədə şəhidlər olub. Allah heç bir əməli əvəzsiz qoymur.

Ola bilər ki, kimlərsə fərd olaraq şəhidləri dindarlığa görə müqayisə edirlər, lakin dini hökmlər belə müqayisə qəbul etmir. Əgər kimsə öz canını Vətəni, həmvətənləri yolunda fəda edirsə, şübhəsiz ki, onun əməlləri Allah qatında mükafatlandırılacaq.

İslam insanları həmişə müsbət cəhətlərə yönəldib, o cümlədən ailəsini, millətini, dövlətini sevməyə və qorumağa.

Rüfət Əhmədzadə
Gün.Az



Yerləşdirilib:3 Dekabr, 2011  00:34, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com