İraqın xarici işlər naziri Xoşiyar Zibari dekabrın 15-də Azərbaycana ikigünlük səfərə gələcək.
İraqın Azərbaycandakı səfirliyindən SalamNews-a verilən məlumata görə, o, Azərbaycanda Milli Məclisin sədri Oqtay Əsədov, Baş nazir Artur Rəsizadə, XİN rəhbəri Elmar Məmmədyarov və bir sıra digər rəsmi şəxslərlə görüşəcək.
Səfər çərçivəsində İraqda Azərbaycan səfirliyinin açılması məsələsinin müzakirəsi gözlənilir.
Xatırladaq ki, Xoşiyar Zibarinin Azərbaycana səfəri bu ilin birinci yarısına Azərbaycan XİN-in rəhbəri E.Məmmədyarovun dəvəti ilə baş tutmalı idi. Lakin səfər bir sıra səbəblər üzündən təxirə salınmışdı.