ABŞ Suriya prezidenti Bəşər Əsədin tərəfdarlarına qarşı sanksiyaları genişləndirib. Obama administrasiyası siyahıya Bəşər Əsədin dayısı Məhəmməd Məxlufu və 4-cü zirehli tank diviziyasının komandanı general Aus Aslanı daxil edib. Suriyanın Military Housing Establishment şirkəti «Real Estate» bankı da sanksiyalarla üzləşəcəklər.
Bu şəxs və şirkətlərin ABŞ-da hesabı aşkarlanarsa dondurulacaq. Bundan əlavə, ABŞ vətəndaşlarına bu fiziki və hüquqi şəxslərlə işgüzar əlaqələr qurmaq qadağan olunur.