raq-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva İraqa səfəri çərçivəsində bu ölkə parlamentinin türkmən əsilli millət vəkilləri Jalə Neftçi, Nəbil Harbo, Həsən Özmən Əl-Bayati və Abbas Bayatlı ilə görüşüb. Bu barədə APA-ya Q. Paşayeva özü məlumat verib.
Görüş zamanı İraq millət vəkilləri ölkədəki durum, türkmənlərin vəziyyəti, Azərbaycanla İraq arasında bütün istiqamətlərdə münasibətlərin inkişafı istiqamətində mövcud olan potensial barədə məlumatlar veriblər. Q. Paşayeva da Azərbaycanın İraqla əməkdaşlığın inkişafına önəm verdiyini, parlamentlərarası münasibətlərin inkişafında maraqlı olduğunu vurğulayaraq dekabrın ortalarında İraq-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu üzvlərinin Bakıya səfərinin də bu istiqamətdə münasibətlərə öz töhfəsini verəcəyini söyləyib.
Q. Paşayeva görüşdə Ermənistanın işğalçılıq siyasəti barədə ətraflı danışıb.