Türkiyənin İstanbul şəhərinin məşhur Topqapı Sarayı Muzeyində silahlı insident baş verib.
APA-nın xəbərinə görə, bu gün səhər saatlarında Topqapıya yaxınlaşan naməlum şəxs əlindəki tüfənglə muzeyin mühafizə xidmətində çalışan əsgər və polislərə atış açıb. Nəticədə 2 nəfər yaralanıb. Şahidlər onun ərəbcə “Mən suriyalıyam” və “Allahu əkbər” deyə qışqırdığını bildiriblər.
Polislərlə terrorçu arasında atışma 1 saat davam edib. Terrorçu öldürülüb. Hazırda onun şəxsiyyəti müəyyənləşdirilir.