Norveç Böyük Britaniyanın İrandakı səfirliyinə hücumdan sonra bu ölkədəki səfirliyinin fəaliyyətini dayandırıb.
APA-nın məlumatına görə, Norveç Xarici İşlər Nazirliyinin sözçüsü Hilde Estayn Feld bildirib ki, səfirlik işini noyabrın 29-da hücum faktından bir saat sonra dayandırıb: “Biz hazırda vəziyyəti araşdırırıq. Diplomatlarımızın İrandan çıxarılması ilə bağlı hələlik heç bir addım atmamışıq. Sadəcə, təhlükəsizlik baxımından səfirliyimizin fəaliyyətini müvəqqəti dondurmuşuq”.