İsrailin kəşfiyyat orqanı olan MOSSAD-ın sabiq rəhbəri Meir Daqan İranla bağlı xəbərdarlıq edib. APA-nın məlumatına görə, M. Daqan deyib ki, İsrailin İrana hücumu bölgədə fəlakətə gətirib çıxara bilər.
Onun sözlərinə görə, İsrail İranın nüvə təsisatlarını vuracağı təqdirdə, həmin ölkədən əks cavab ala bilər: “Hətta İranla yanaşı, “Hizbullah” və “HAMAS” da İsraili raket atəşinə tuta, bu da xeyli insan itkisinə səbəb ola bilər”.
M. Daqan bildirib ki, bu savaşa Suriyanın da qoşulması mümkündür ki, bu da İsrailin bölgədə təklənməsi deməkdir.