Suriya hakimiyyəti bu ilin martında ölkədə başlayan antihökumət aksiyaları zamanı tutulanlardan 912 nəfərini azad edib.
APA-nın SANA informasiya agentliyinə istinadən verdiyi məlumata görə, rəsmi açıqlamada bildirilir ki, sərbəst buraxılanlar “əlləri qana bulaşmayanlar”dır.
Lakin müxalifət liderləri aksiyalar zamanı tutulan minlərlə insanın hamısının həbsxanalardan buraxılmasını tələb edir, əks halda, sülh danışıqlarına başlamağın və böhranın aradan qaldırılmasının qeyri-mümkünlüyünü bildirirlər. Müxalifətin bu tələbini Ərəb Dövlətləri Liqası da dəstəkləyir.
Qeyd edək ki, Suriyada hökumət əleyhinə çıxışlar bu il martın ortalarında başlayıb. BMT-in rəsmi açıqlamasına görə, indiyədək etirazçılarla hökumət qüvvələri arasında baş verən silahlı toqquşmalarda 3500-dən çox insan həlak olub.