Həcc ziyarətinə gedən azərbaycanlı zəvvarların təyyarə ilə gedən ilk qrupu bu gün vətənə qayıdır. Bu barədə məlumatı Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Salman Musayev verib.
Hacı Salmanın sözlərinə görə, zəvvarlar bu gün günortadan sonra təyyarə Səudiyyə Ərəbistanından yola düşəcəklər. Təyyarə ilə gedən zəvvarların ikinci qrupu isə dekabr ayının 30-da vətənə qayıdacaq.
Xatırladaq ki, Həcc ziyarətindən qayıdarkən 2 azərbaycanlı zəvvar dünyasını dəyişib. Bunlar Zəhra Hüseynova və Yusif Nurayevlərdir.