Britaniyanın Tehrandakı diplomatik missiyasına edilmiş hücumdan sonra İtaliya hökuməti Tehrandakı səfirliyinin bağlanması məsələsini müzakirə edir.
APA-nın verdiyi xəbərə görə, bu barədə jurnalistlərə İtaliyanın xarici işlər naziri Culio Tersi deyib. O Tehranda baş vermiş insidenti şərh edərək bildirib: “Mən İran səfirini dəvət etmişəm ki, situasiyaya aydınlıq gətirsin”. Onun sözlərinə görə, İran ölkədəki diplomatik missiyaların təhlükəsizliyinin təmin olunmasına zəmanət verməlidir. “Biz İrandakı səfirliyin bağlanması barədə məsələni müzakirə edirik”.