POPULYARXƏBƏRLƏR

QMİ-də Allahşükür Paşazadənin İrəvana səfərinin yekunlarna dair mətbuat konfransı keçirilib

Qafqaz Müsəlmanları İdarəsində (QMİ) şeyxulislam Hacı Allahşükür Paşazadənin noyabrın 28-də İrəvanda keçirilən MDB dövlətlərinin Dinlərarası Şurasının iclasında iştirakının yekunlarna dair mətbuat konfransı keçirilib.



SalamNews-un məlumatına görə, mətbuat konfransında QMİ-nin sədr müavini Hacı Sabir Həsənli bildirib ki, şeyxulislam Hacı Allahşükür Paşazadə islasda Dağlıq Qarabağ məsələsinə dair mövqe bildirib.

O, şeyxin iclasda dediyi sözləri olduğu kimi təqdim edib: "Bütün problemlərin fövqündə duran sülh məsələsinə gəlincə, biz, din xadimləri dünyada MDB məkanında mövcud olan bütün münaqişələrin dinc yolla həlli naminə cəmiyyətimizə sülh ruhunu aşılamalı, siyasi rəhbərlərin bu yöndə səylərinə dəstək verməliyik. Təəssüf edirəm ki, tarixən dinlərarası dialoqun formalaşması proseslərinə öz töhfəsini vermiş MDB məkanında, eyni zamanda Qafqazda milyonlarla əhalinin qaçqın həyatı yaşaması bu günün reallığıdır. Bu isə öz növbəsində, MDB ölkələrinin, habelə Qafqaz bölgəsinin ümumi inkişafı, əhalinin firavan həyatı üçün böyük maneələr yaratmaqdadır. Odur ki, bu problemin sülh yolu ilə həlli üçün həm regionda, həm də beynəlxalq müstəvidə səylər davamn etdirilməlidir".

Allahşükür Paşazadə İrəvandakı çıxışında bildirib ki, Minsk Qrupunun həmsədr ölkələrinin başçılarının səylərini, ölkə başçılarımızın görüşlərini tam dəstəkləyirik: "Amma təəsüf ki, bu günə qədər nə BMT TŞ məlum qətnamələri yerinə yetirilib, nə də münaqişənin həlli üçün yaradılan ATƏT Minsk Qrupunun və onun həmsədrlərinin uzun sürən səyləri nəticə verməyib. Bununla belə bu istiqamətdə işlərin davam etdirilməsini önəmli sayırıq və din xadimi olaraq bu proseslərdə yardımçı olmağa hazırıq".

QMİ sədri iclasda bildirib ki, din xadimi olaraq, Dağlıq Qarabağ münaqişəsinin müharibə deyil, beynəlxalq hüquq çərçivəsində ədalətli həllinə töhvə verən bütün səyləri alqışlayırıq. Rus pravoslav kilsəsinin vəsitəçiliyi ilə erməni kilsəsi ilə dəfələrlə görüşlərimiz də nəticəsiz olmamışdır. Əldə edilmiş razılaşma əsasında əsirlərin dəyişdirilməsi, mənəvi irs abidələrinin qarşılıqlı qorunması və digər məsələlərdə əməli addımlar atmaq, ən əsası isə münaqişənin dinlərarası toqquşma müstəvisinə keçməsinin qarşısını almaq mümkün olub".

QMİ-nin sədr müavini Hacı Sabir Həsənli onu da vurğulayıb ki, şeyxulislam A.Paşazadə səfər çərçivəsində İravanın mərkəzində yerləşən tarixi Cümə məscidini də ziyarət edib. XVIII əsrin yadigarı olan bu Azərbaycan məscidi hazırda burada yaşayan və işləyən müsəlmanların ibadət məkanı kimi fəaliyyət göstərir. Azərbaycan nümayəndə heyəti burada ziyarət namazı qılıblar.



Yerləşdirilib:29 Noyabr, 2011  23:03, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Okt.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com