Məhərrəm ayı – hicri qəməri ilinin başlanğıcı və Kərbəla faciəsinin baş verdiyi aydır
SalamNews-un məlumatına görə, İngiltərə İslam Mərkəzinin və Əhli-beyt (ə) Missiyası təşkilatının təşkilatçılığı ilə məclislər təşkil olunur. Məclislərdə söhbətlər ingilis dilində aparılır.
Çıxış edənlər vurğulayıblar ki, tarixin bir çox şanlı və rüsvayedici, tükürpədici səhifələri var, bunlardan biri olan Kərbəla faciəsi bütün yer və göyləri lərzəyə gətirib, tarixə həm şanlı, həm də tükürpədici qanlı ləkə kimi düşüb. Bu faciənin böyükmiqyaslı olmasının səbəbi hadisənin qəhrəmanının dünyada ən çox sevilən, ən çox rəğbət bəslənilən Allahın rəsulu Həzrət Məhəmmədin (s) nəvəsi İmam Hüseyn (ə) olmasıdır. Bu faciə həm də ona görə dəhşətlidir ki, peyğəmbər (s) bunu əvvəlcədən bilib. Bu xəbər Peyğəmbərə (s) Cəbrayil (ə) tərəfindən bildirilib.