Xəbər verdiyimiz kimi, bu gün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində Vüsalə Baxışovanın sədrliyi ilə Azərbaycan İslam Partiyasının (AİP) Bakı Şəhər İcra Hakimiyyətinə qarşı qaldırdığı iddia ərisəzinə baxış keçirilib. İclasda AİP-in iddia ərizəsi əsassız hesab olunaraq, şikayət təmin edilmədən, işə baxılmamış xitam verilib.
AİP-in sədri vəzifəsini icra edən Hacı Elçin Manafov SalamNews-a bildirib ki, biz bununla bağlı Apellyasiya Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edəcək. Ümumiyyətlə, hüquqlarımız təmin olunana kimi şikayətlərimizi verəcəyik.
Xatırladaq ki, AİP bu il oktyabrın 26-da 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə BŞİH-ə qarşı iddia ərizəsi ilə müraciət edib. İddia ərizəsində Bakı Şəhər İcra Hakimiyyətinin sərbəst toplaşmaq azadlığı hüququnu pozduğu vurğulanır, bu qurumdan partiyaya 5000 manat təzminat tutulması və meriyadan aksiya üçün münasib yerin ayrılması tələb olunur.