İran Azərbaycanla dost münasibətlərə malikdir və bundan sonra da bu münasibətləri inkişaf etdirmək niyyətindədir.
SalamNews-un ''FarsNews''a istinadən verdiyi xəbərə görə, bu barədə Azərbyacnın xarici işlər nazirinin müavini Xələf Xələfovla görüşü zamanı İranın xarici işlər naziri Əli Əkbər Salehi bildirib.
Onun sözlərinə görə, Azərbaycanla münasibətlərin genişlənməsi və inkişafı İran dövlətinin ''prinsipial məqsədlərindən'' biridir. Əli Əkbər Salehi bu münasibətlərin bundan sonra da iki ölkə xalqlarının maraqların axidmət edəcəyini vurğulayıb.
Bildirək ki, Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirlərinin Naxçıvanda keçirilməsi nəzərdə tutulmuş toplantıya hazırlıq məqsədi ilə üç ölkə mütəxəssislərindən ibarət Üçtərəfli İqtisadi Komitənin birinci iclası noyabrın 29-da Tehranda işə başlayıb.