Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə İrəvanda səfərdə olarkən bu şəhərin mərkəzində yerləşən tarixi Cümə məscidini ziyarət edib.
APA-nın xəbərinə görə, bu barədə keçirdiyi mətbuat konfransında QMİ sədrinin müavini Hacı Sabir Həsənli məlumat verib.
O bildirib ki, XVIII əsrin yadigarı olan bu Azərbaycan məscidi hazırda İrəvanda yaşayan və işləyən müsəlmanların ibadətgahı kimi fəaliyyət göstərir: “Hazırda bu məsciddə əsasən İran azərbaycanlıları namaz qılırlar. Onlar İrəvanda işgüzar səfərdə olan və yaşayan şəxslərdir”.
A. Paşazadə başda olmaqla Azərbaycan nümayəndə heyəti məsciddə namaz qılıb.