“ABŞ İrana hücum edərsə, müharibənin nə demək olduğunu onlara başa salacağıq”.
APA-nın məlumatına görə, bunu noyabrın 27-də İranın müdafiə naziri, general Əhməd Vəhidi jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, ABŞ İranla müharibəyə davam gətirə bilməyəcək: “Biz ABŞ-ın hərbi gəmilərini dənizlərə qərq edəcəyik”.
General İsrailə də xəbərdarlıq etməyi unutmayıb: “Əgər İsrail İranla müharibəyə girişməyə hazırlaşırsa, fikrindən dönsün. Savaş başlayarsa, raket atəşinə tutulacaqlar”.