Suriya Rusiya istehsalı olan "Skad" raketlərini Türkiyə səmtinə yönəldib. Bu barədə İranın Tehrandan yayımlanan PressTV telekanalı məlumat verib.
SalamNews-un Türkiyə KİV-inə istinadən verdiyi xəbərə görə, qeyd edilən raket qurğuları Türkiyə və İraq sərhədləri yaxınlığında, Qamışlı və Ayn-divar rayonlarında yerləşdirilib.
Bu addımlar Suriya rəhbərliyinə qarşı güclənən Türkiyə ritorikası fonunda baş verir. Türkiyənin Suriyanın silahlı müxalifətini dəstəklədiyi də bildirilir.