Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirlərinin Naxçıvanda keçirilməsi nəzərdə tutulmuş toplantısına hazırlıq məqsədilə noyabrın 29-da Tehranda hər üç ölkə tərəfindən müəyyən edilmiş xüsusi nümayəndələrin görüşü olacaq.
SalamNews-un AzərTAca istinadən verdiyi xəbərə görə, Naxçıvan toplantısının tarixini və gündəliyini müəyyənləşdirmək məqsədilə keçiriləcək ikigünlük görüşdə Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edəcək.
Azərbaycanın Tehrandakı səfirliyindən bildiriblər ki, səfər çərçivəsində X.Xələfovun Türkiyə və İran rəsmiləri ilə bir sıra ikitərəfli görüşlər keçirəcəyi nəzərdə tutulub.