Misirdə prezident vəzifəsinə əsas namizədlərdən biri olan Beynəlxalq Atom Enerjisi Agentliyinin sabiq direktoru Məhəmməd əl-Baradei bəyan edib ki, ona keçid hökumətə başçılıq etmək təklif olunarsa o, noyabrın 28-də Misirdə keçiriləcək parlament seçkilərində öz namizədliyini geri götürməyə hazırdır.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, bu bəyanatla Baradei, Misirin Ali Hərbi Şurasının rəhbəri Hüseyn Tantavi və prezident postuna perspektivli olan bir neçə namizədlərlə görüşdükdən sonra çıxış edib.