Suriya Müdafiə Nazirliyi ölkənin aviabazalarından birinə hücum təşkil olunduğu ilə bağlı rəsmi bəyanat yayıb.
SalamNews-un "lenta.ru"ya istinadən verdiyi xəbərə görə, bəyanatda deyilir: "Silahlı terror qruplaşmasının həyata keçirdiyi qəddar sui-qəsd nəticəsində 6 pilot, 1 texnik və 3 digər şəxs həlak olub".
Bildirək ki, hadisə Homs və Palmira şəhərləri arasında baş verib. Nazirlik bazanın adı ilə bağlı məlumat verməyib.