Misirdə etirazçılar Qəhirədə Təhrir meydanının yaxınlığında yerləşən hökumət binasını mühasirəyə alıblar.
SalamNews RBK-ə istinadən xəbər verir ki, nümayişçılar ölkənin baş naziri vəzifəsinə Kamal əl-Qanzurinin təyin olunmasına etirazlarını bildirirlər. Onlar yeni baş nazirin hökumət binasına daxil olmasına mane olmaq niyyətindədirlər.
Xatırladaq ki, Qanzuri 10 il devrilmiş prezident Hüsni Mübarək dövründə Nazirlər Kabinetində çalışıb. 1990-ci ilin sonunda hökumətə başçılıq edib.