Noyabrın 23-də NATO qüvvələrinin Əfqanıstanın cənubundakı Qəndahar əyalətinə endirdiyi aviazərbələr nəticəsində 6-sı uşaq olan 7 dinc sakin ölüb.
APA-nın xəbərinə görə, Qəndahar qubernatorunun nümayəndəsi “Reuters”ə bildirib ki, NATO qüvvələri yola minalar yerləşdirən 5 silahlını təqib edib. Onlardan biri vurulub, digərləri isə yaxınlıqdakı kənddə gizlənib. NATO təyyarələrinin atəşi nəticəsində kənddə 6-sı uşaq olan 7 nəfər öldürülüb, 2 qız uşağı isə yaralanıb.
Əfqanıstan prezidenti Həmid Karzai insidentin araşdırılması haqqında tapşırıq verib.