HƏMAS-ın xarici siyasət bürosunun lideri Xalid Məşəl və FƏTH lideri Mahmud Abbas Fələstin razılığı üçün Misirin paytaxtı Qahirədə iki saatlıq təkbətək görüş keçirdikdən sonra fikir ayrılıqlarını həll etdiklərini və yeni bir səhifə açdıqlarını bildiriblər. (dunyabulteni)
Mahmud Abbas jurnalistlərə verdiyi açıqlamada bildirib ki, aralarında heç bir fikir ayrılığı qalmayıb. O qeyd edib ki, bütün məsələlərdə birgə işləmək mövzusunda razılıq əldə edilib.
Xalid Məşəl isə bildirib ki, biz xalqımıza, ərəb və müsəlman dünyasına Fələstin xalqına aid hər bir məsələdə birgə addım atmaq üçün yeni bir səhifə açdığımızın təminatını vermək istəyirik.
Görüşlərin detalları haqda hər hansı məlumat verilməsə də, HƏMAS rəsmisi İzzət Rişek bildirib ki, hər iki liderin seçkilərin nəzərdə tutulan vaxta keçirilməsi mövzusunda fikir birliyi var.