Böyük Britaniyanın Oksford şəhərində əhali yerli müsəlman ruhanilərin azanı səsucaldanla yaymaq istəyinə qarşı çıxıblar.
Onların fikrincə, məsciddən qalxan iki dəqiqəlik azan çağırışı şəhər üçün ənənəvi olan kilsə zənglərinin səsini batırır və görüntü yaradır ki, şəhər artıq "müsəlman gettosu"dur. Ancaq bununla yanaşı, şəhərin mərkəzi məscidinin imamı bildirib ki, müsəlmanlar İslama itaət edənləri ibadətə çağırmaq haqqına malikdirlər.